Songtexte.com Drucklogo

Dedi, Tələsmə Songtext
von Şövkət Ələkbərova

Dedi, Tələsmə Songtext

Dedi: "Mən sevirəm", dedim: "Sevginən"
Dedi: "Qoşa gəzək", dedim: "Tələsmə"
Dedi: "Bağ içidir", dedim: "Seyr elə"
Dedi: "Bir gül üzək", dedim: "Tələsmə"
Dedi: "Bir cavab ver, xəyala varma, xəyala varma"
Dedim: "Zəhmət çəkib", dedim, "zəhmət çəkib özünü yorma"
Dedim: "Qadan alım", dedi: "Yalvarma"
Dedi: "Yalvarma"
Dedi: "Onda küsək", dedim: "Tələsmə"
Ah, dedi: "Onda küsək", dedim: "Tələsmə"


Dedi: "Mən aşiqəm gül yanağına"
Dedim: "Bülbül qonar gül budağına"
Dedi: "Üzük alım mən barmağına, əhdi-peyman kəsək"
Dedim: "Tələsmə"
Dedi: "Bir cavab ver, xəyala varma, xəyala varma"
Dedim: "Zəhmət çəkib", dedim, "zəhmət çəkib özünü yorma"
Dedi: "Qadan alım", dedim: "Yalvarma"
Dedim: "Yalvarma"
Dedi: "Onda küsək", dedim: "Tələsmə"
Ah, dedi: "Onda küsək", dedim: "Tələsmə"

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Fans

»Dedi, Tələsmə« gefällt bisher niemandem.