Songtexte.com Drucklogo

Sinister Dexter Songtext
von Sinister Dexter

Sinister Dexter Songtext

Bizim yolumuz öndə və yoxdu sərhədlər
Bizi bu dünyadan qovdular yoxdu dərdlər
Siləy keçmişi və gələcəyə addımlayaq
Bərk sıx əllərimi və qal yanımda sən

Biz təmiz bəyaz buludlarda tapdıq arzuları
Biz xəyallarda çəkdiy ən hündür körpüləri
Və geri gəl keçəy bu körpülərdən gedəy uzağa
Getdikcə yollar uzanır dərdlər azalır

Bizim bir günümüz qalıb bu şəhərdən getməyə
Sənin gözlərinə baxıb tapdım həyat burda var
Və bütün zaman dayanır sənin bir sözünlə
Mən gedirəm gəmilərlə dəniz gözlərində

Payız bizim fəslimiz yarpaqları miras
Yağış bizim qonağımız necədə parlaqdı
Tanış gəlir bu şəhər səninlə gəlmişdik
Tökülən yarpaqları görmüşdük


Bizim bir günümüz qalıb ayrılığa amma mən qalacam burda, geri gəl
bir neçə saatlıq

Həyat eyni mövzü kitab bəlkə film
Yağış neçə milyon damcı böyük gölməçə
Bizi azadlığa aparan ayaqlar tələsir
Bizim gücümüz bəlkə azdı amma var fikirlər

Onlar həmişə saxlayır səni qayıt deyirlər
Amma sən tab gətir və döz bu yolda irəli get
Sənin zəif olduğunu onlar bilirlər
Gözləyirəm səni eyni yolda qayıt gəl

Arzular və ən hündür zirvədə hədəflər var
Burdan bütün şəhər görünür orda insanlar
Biz artıq zirvədə eyni zaman eyni külək
Biz artıq hündür körpülərdə uzaqlarda

Getsən də qalacaq topladığımız ümidlər
Bitsədə hər kitab sonunda son təbəssüm
Və illərin sevgisi bitir bir cümlə ilə
Bağışla qayıtmayacam artıq gecdi


Bizim bir günümüz qalıb ayrılığa amma mən qalacam burda, geri gəl
bir neçə saatlıq

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Ähnliche Artists

Quiz
Wer besingt den „Summer of '69“?

Fans

»Sinister Dexter« gefällt bisher niemandem.