Songtexte.com Drucklogo

Mahur Songtext
von Sevda

Mahur Songtext

Bilməm, bu nazənin kimin istəkli yarıdır?
Bilməm, bu nazənin kimin istəkli yarıdır?
Ya hansı bəxtiyarların bəxtiyarıdır
Açdıqca gül cəmalını, ellər fərəhlənir
Guya gözəllik aləminin novbaharıdır


Dünya bu nazənin mələyin həsrətin çəkir
Dünya bu nazənin mələyin həsrətin çəkir
Xəlqin sevimli afəti, həm şəhriyarıdır
Qan etmə, saqi, bağrımızı, badə tez gətir

Qan etmə, saqi, bağrımızı, badə tez gətir

Götür, qədəhləri gecəmiz keçdi yaridən
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri

Hər kim deyirsə, sevmə bu rəna gözəlləri
Bilmir ki, sevgi aləmi biixtiyarıdır

Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər
Biçarə Vahidin bu qəzəl yadigarıdır

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Beliebte Songtexte
von Sevda

Fans

»Mahur« gefällt bisher niemandem.