Songtexte.com Drucklogo

Gözəl Bakı – Səni Sevən Baxışlar Songtext
von Şövkət Ələkbərova

Gözəl Bakı – Səni Sevən Baxışlar Songtext

Gecəyə od salır
Səni sevən baxışlar
Çıraqlar ələyir
Qızıl rəngli yağışlar
Çıraqlar ələyir
Qızıl rəngli yağışlar


Nə gözəldir doğma yurdumun
Layla pıçıldayan gecələri, gecələri
Ah... mən bu zümrüd rəngli Xəzərin
Dalğa səslərində gecələrəm gecələri
Gözəl Bakı, laylay
Xəzərim, ay laylay
Gözəl Bakı, laylay
Xəzərim, ay laylay

Bağlarda hər ağac
Nəğmə olur gecələr
Sevənlər gecədən
İşıq kimi keçərlər
Sevənlər gecədən
İşıq kimi keçərlər


Nə gözəldir doğma yurdumun
Layla pıçıldayan gecələri, gecələri
Ah... mən bu zümrüd rəngli Xəzərin
Dalğa səslərində gecələrəm gecələri
Gözəl Bakı, laylay
Xəzərim, ay laylay
Gözəl Bakı, laylay
Xəzərim, ay laylay

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Fans

»Gözəl Bakı – Səni Sevən Baxışlar« gefällt bisher niemandem.