Songtexte.com Drucklogo

Shushtar Magamunda Bastachar Mahnelare (Gäl Gäl) Songtext
von Alim Qasimov

Shushtar Magamunda Bastachar Mahnelare (Gäl Gäl) Songtext

Alma atdım nar gəldi
Köynək aldım dar gəldi
Alma atdım nar gəldi
Köynək aldım dar gəldi
Oyandan kölgə düşdü
Elə bildim yar gəldi
Oyandan kölgə düşdü
Elə bildim yar gəldi
Gəl Gəl ceyranım
Maralım Gəl
A gülüm
Gel gəl gel ceyranım
Maralım gəl
Əzizim görüm səni
Istərəm görüm səni
Əzizim görüm səni
Istərəm görüm səni
Xəyalınla yatıram
Yuxumda görüm səni
Xəyalınla yatıram


Yuxumda görüm səni
Gəl Gəl ceyranım
Maralım Gəl
Gəl Gəl Gəl ceyranım
Maralım Gəl
Nədən ol büt-i pərivəş daxi bir bu yanə gəlməz
Məgər ol xərabə yerdən usanıb cəzanə gəlməz
Nə qılım? Edim nə çarə? Ol nigar-i nazəninə
Boyanıb cahan sözündən özü bir əyanə gəlməz
Döşənib əbr-i zülfün nə xub al yanağın üzrə
Niyə bəs o qarğı saçın uzanıb dabanə gəlməz
Hanı bəs görən nə oldu? məni dərd-ü qəm tükətdi
Niyə gəlmədi yubandi? Nə edib bahanə gəlməz?
Güc ilə lən deyil əzizim bu şahab-i eşqidir, eşq
Ki bu bərq-i nəxl-i iman hər odun yığanə gəlməz
Nədən ol büt-i pərivəş daxi bir bu yanə gəlməz
Məgər ol xərabə yerdən usanıb cəzanə gəlməz
Ceyranım gəl gəl Tərlanım gəl gəl
Yolunu gözlərəm Qurbanam gəl gəl
Başına mən sənin dolanım tez gəl
Gözəldir həyatım, gözəldir dövranım
Bəxtəvər qızısan, bu yerin, dünyanın
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Baxışın can alır
Gülüşün qəşəkdir
Qızaran yanağın
Elə bil çiçəkdir
Ürəyim sənindir
Könlümü gel dindir
Gözün tək göz olmaz
Sözün tək söz olmaz
Gözün tək göz olmaz
Sözün tək söz olmaz
Mehriban, Qəşək qız
Bu qədər naz olmaz
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Adı ceyran, özü ceyran
A gülüm mən sənə qurban
Adı ceyran, özü ceyran
Adı ceyran, özü ceyran
A gülüm mən sənə qurban
Nədən ol büt-i pərivəş daxi bir bu yanə gəlməz
Məgər ol xərabə yerdən usanıb cəzanə gəlməz
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban

Songtext kommentieren

Schreibe den ersten Kommentar!

Fan Werden

Fan von »Shushtar Magamunda Bastachar Mahnelare (Gäl Gäl)« werden:
Dieser Song hat noch keine Fans.